featured-image-1941

Futbol üzrə Qazaxıstan çempionatında 7-ci turun oyunları keçirilib.

Msport.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin komandası – “Turan” da növbəti maçtına çıxıb.

Sözügedən kollektiv səfərdə “Kayrat”la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Emil bu görüşün iştirakçısı olmayıb. Millimizin qolkiperi matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.

Cari mövsümdə ilk qələbəsini qazanan “Turan” 7 turdan sonra 6 xalla 14 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb.

Bənzər xəbərlər