featured-image-14947

“Barselona” qış “transfer pəncərəsi”ində bəzi futbolçularını satmaq niyyətindədir.

Msport.az “Sport.es”ə istinadən xəbər verir ki, Kataloniya klubu müdafiəçilər Jerar Pike, Jordi Alba və yarımmüdafiəçi Frenki de Yonqla yollarını ayıra bilər.

Mənbənin sözlərinə görə, “Barsa” Çempionlar Liqasının pley-offuna vəsiqə qazana bilməsə, rəhbərlik əməkhaqqı fondunu azaltmaq üçün müəyyən addımlar atmalı olacaq.

Start heyətində yerini itirən Pike və Albanın maaşları yüksəkdir. Adıçəkilən futbolçular artıq əsas heyət oyunçusu sayılmadıqlarından “Barselona” onlarla vidalaşmağı əsas prioritet kimi qəbul edib.

Frenki de Yonq hələ yayda “Mançester Yunayted”ə keçə bilərdi. Lakin niderlandlı yarımmüdafiəçi İngiltərə klubuna getmək istəmədi. Kataloniya klubu onu qışda yüksək qiymətə satmaq niyyətindədir.

Pike bu mövsüm La Liqada 6 oyunda meydana çıxıb. Alba beş matçda forma geyinib. De Yonq isə 7 görüşdə 1 qol vurub.

Bənzər xəbərlər