"Barsa" 6 top vurdu - Rafinya debüt oyununda fərqləndi
“Barselona” Fort-Loderdeyldə (ABŞ) “İnter Mayami” klubu ilə yoldaşlıq oyunu keçirib. Msport.az xəbər verir ki, Kataloniya klubu rəqibini darmadağın edib – 6:0.
“Barsa”nın heyətində Obameyanq, Rafinya, Ansu Fati, Qavi, Depay və Dembele fərqləniblər. Qeyd edək ki, bu Rafinyanın “Lids”dən transferindən sonra yeni komandasında ilk oyunu olub. O, qol vurmaqla yanaşı, iki məhsuldar ötürmə də verib.
Xavinin komandası Amerika turnesi çərçivəsində iyulun 24-də “Real Madrid”lə qarşılaşacaq. Oyun Las-Veqasda keçiriləcək.