featured-image-632

“Barselona” Paulo Dibala ilə maraqlanır. Msport.az xəbər verir ki, italiyalı və argentinalı jurnalistlər Kataloniya klubunun hücumçunun müqavilə şərtləri ilə maraqlanıb.

Argentina millisinin üzvü yayda “Yuventus”u azad agent statusunda tərk edəcək. “Barsa” isə yay “transfer “pəncərəsi” zamanı daha çox azad agent olan futbolçuları heyətə qatmağa çalışacaq.

Dibala ilə maraqlanan klublar arasında “İnter” və “Atletiko”nun da adı çəkilir.

Bənzər xəbərlər