featured-image-81926

“Barselona”nın vitse-prezidenti Rafa Yuste hücumçu Xulian Alvaresin Kataloniya klubuna mümkün transferi ilə bağlı “Atletiko” rəsmisi Migel Anxel Xilin sərt açıqlamalarına cavab verdi.

Msport.az xəbər verir ki, Xil əvvəllər “Atletiko”nun “Barselona” ilə Alvareslə bağlı danışıqlar aparmaq niyyətində olmadığını bildirib. Madridlilər həmçinin kataloniyalıları qeyri-etik davranışda və argentinalıya təsir göstərmək cəhdlərində təqsirləndirib.

“Bu sözlər qırmızı xətti keçir. Migel Anxel Gilin dediklərini nəzərə alsaq, onları heç başa düşmürəm. Mən bu mövqeyi bölüşmürəm və təbii ki, bu cür açıqlamalardan qəzəblənirəm. Biz rəqiblərimizə, “Atletiko”ya bir klub olaraq və dünyanın hər yerindəki bütün futbolçulara hörmətlə yanaşırıq. Əgər oyunçu komandamıza qoşulmaq istəyirsə, bu, şübhəsiz ki, bizi sevindirir. Biz tamamilə rahatıq. Vicdanımız idman və peşəkar prinsiplərə zidd hərəkət etməyə imkan vermir”, – deyə Yuste bildirib.

Bənzər xəbərlər