"Barselona" böyük maddi ziyanla üzləşəcək - ÇL-də qrupdan çıxmasa
“Barselona” Çempionlar Liqasının (ÇL) pley-offuna vəsiqə qazana bilməsə, böyük maddi ziyanla üzləşək.
Msport.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, Kataloniya klubu ÇL-də mübarizəni davam etdirməsə 20 milyon avrodan məhrum olacaq.
Bazar günü klubun direktorlar şurası bu mövsüm üçün yeni rekord məbləğdə büdcəni təsdiq edib. Həmin büdcəyə əsasən, “Barsa”nın nəinki qrupdan çıxacağı, hətta ÇL-də 1\4 finala kimi irəliləyəcəyi proqnozlaşdırılırdı.
Klub İspaniya La Liqasını və ya Avropa Liqasını qazansa belə, büdcədəki bu kəsiri aradan qaldırmaq mümkün olmayacaq.
Xatırladaq ki, “Barselona” dünən ÇL-in qrup mərhələsində “İnter”lə 3:3 bərabərə qaldı. Xavinin komandası növbəti mərhələyə yüksəlmək üçün mütləq “Viktoriya Plzen” və “Bayern Münhen” üzərində qələbə qazanmaqla yanaşı, “İnter”in 2 oyunda 3 xal qazanmayacağına da ümid etməlidir.