“Barselona”da yeni müqavilə - RƏSMİ
“Barselona” yarımmüdafiəçisi Frenki de Yonqla müqavilənin müddətini uzadıb.
Msport.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
28 yaşlı futbolçu ilə müqavilənin müddəti 2029-cu ilə qədər nəzərdə tutulub.
Qeyd edək ki, niderlandlı futbolçu 2019-cu ilin yayında “Ayaks”dan “Barselona”ya transfer olunub.