“Barselona”dan tarixi ilk imkanı
“Barselona” İspaniya La Liqasının XXXVII turunda evdə “Betis”i məğlub edəcəyi halda tarixi rekorda imza ata bilər.
Msport.az xəbər verir ki, Kataloniya təmsilçisi bu matçda qalib gələrsə, 38 oyunluq La Liqa mövsümündə bütün ev qarşılaşmalarını qələbə ilə başa vuran ilk komanda olacaq.
“Barselona” indiyədək çempionatda keçirdiyi 18 ev matçının hamısında qalib gəlib.
Qeyd edək ki, “Barselona” – “Betis” oyunu bu gün, Bakı vaxtı ilə saat 23:15-də başlayacaq.







