“Barselona” “El Klasiko”ya baş məşqçisiz çıxacaq
İspaniya Kral Futbol Federasiyasının (RFEF) İntizam Komitəsi “Barselona”nın baş məşqçi Hans-Diter Flikin qırmızı vərəqə ilə bağlı apellyasiya şikayətini qəbul etməyib.
Msport.az xəbər verir ki, almaniyalı mütəxəssis La Liqanın X turunda qarşılaşacaqları “Real”la matçda komandasına kömək edə bilməyəcək.
60 yaşlı baş məşqçi ötən tur “Jirona” ilə keçirilən oyunun 90+1-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılmışdı. “Barselona” RFEF-in qərarından Apellyasiya Komitəsinə müraciət etməyi planlaşdırır.
Qeyd edək ki, “Real” – “Barselona” “El Klasiko”su oktyabrın 26-da keçiriləcək.