“Barselona” “Fənər”in qapıçısını transfer etdi
“Barselona” “Fənərbağça”nın qapıçısı Domenik Livakoviçlə anlaşıb.
Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano paylaşım edib. Kataloniya klubu 31 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalayacaq. “Fənər” bu transferdən 2 milyon avro+2 milyon bonus qazanacaq.
Qeyd edək ki, “Barselona” qapıçını müqavilə bağlayan kimi Zaqreb “Dinamo””suna icarəyə verəcək.
Xorvatiya millisinin üzvü ötən mövsümün ilk hissəsini “Jirona”da (İspaniya), qışdan sonra isə “Dinamo”da (Zaqreb) keçirmişdi.







