"Barselona" "Fənərbağça"nın qapıçısını transfer etdi - RƏSMİ
“Barselona” “Fənərbağça”nın qapıçısı Dominik Livakoviçi transfer edib.
Msport.az xəbər verir ki, bu barədə Kataloniya klubunun rəsmi saytı xəbər yayıb.
Xorvatiyalı qolkiperin müqaviləsi 2030-ci ilin iyununa kimi nəzərdə tutulub.
31 yaşlı futbolçu 2023-cü ilin yayında “Fənərbağça”ya Zaqreb “Dinamo”sundan keçib. Livakoviç 2025-ci ilin yayında “Jirona”ya icarəyə yollansa da, bu klubun heyətində meydana çıxmayıb.
Qışda isə qapıçı “Dinamo”ya (Zaqreb) icarə əsasında keçib.
Qeyd edək ki, “Barselona”da Livakoviçi icarəyə verməyi planlaşdırır.







