“Barselona” futbolçusunu “Sportinq”ə satır
Fransişku Trinkau yenidən vətənində çıxış edəcək. Msport.az xəbər verir ki, bu haqda insayder Nikolo Skira paylaşım edib. Ötən mövsümü icarə əsasında “Vulverhempton”da keçirən yarımmüdafiəçi “Sportinq”ə transfer olunacaq.
Bu transferə görə “Barselona” 10 milyon avro qazanacaq. 22 yaşlı futbolçu ilə müqavilənin müddəti 2027-ci ilə qədər olacaq.
Trinkau ötən mövsüm İngiltərə Premyer Liqasında 28 oyunda meydana çıxıb 2 qol vurub və bir məhsuldar ötürmə verib.