“Barselona” Haland üçün 3 futbolçusunu satacaq
“Barselona” “Mançester Siti”də çıxış edən Erlinq Halandı transfer etmək üçün bir neçə oyunçusu ilə vidalaşmağa hazırdır.
Msport.az xəbər verir ki, Kataloniya təmsilçisi norveçli hücumçu ilə ciddi şəkildə maraqlanır.
Klub prezidenti Xuan Laporta heyəti gecləndirmək fikrindədir və 24 yaşlı oyunçunu transfer etməyi düşünür. “Barselona” bu səbəbdən Ronald Arauxo, Dani Olmo və Fermin Lopesi satmağa da hazırdır.
Qeyd edək ki, Erlinq Haland cari mövsüm “Mançester Siti”də bütün turnirlərdə 9 oyuna çıxıb, 11 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.