featured-image-77747

İspaniya millisinin futbolçusu Ferran Torresin “Barselona”dakı gələcəyi qeyri-müəyyəndir.

Msport.az xəbər verir ki, Kataloniya təmsilçisi ilə hücumçu arasında müqavilənin müddətinin uzadılması ilə bağlı danışıqlar dayandırılıb.

Klub 26 yaşlı oyunçunun sözləşməsinin müddətini yeniləməmək qərarına gəlib.

Qeyd edək ki, Torresin hazırkı müqaviləsi 2027-ci ilin yayınadək qüvvədədir. O, cari mövsüm 46 matçda 20 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər