featured-image-70608

“Barselona” Robert Levandovski ilə müqavilənin müddətini uzatmaq niyyətində deyil. Msport.az xəbər verir ki, bu barədə Sport.es məlumat yayıb.

37 yaşlı hücumçunun müqaviləsi 2026-cı ilin yayına qədərdir.

Kataloniya klubunun rəhbərliyi polşalı forvardın yaşının çox olmasını əsas gətirərək onunla əməkdaşlığı dayandırmaq istəyir.

Levandovskinin cari mövsümdən sonra karyerasını davam etdirib-etdirməyəcəyi hələ ki bəlli deyil. Onun Səudiyyə Ərəbistanı klublarının təkliflərini qəbul edəcəyi o qədər də real görünmür.

Hücumçu 2022-ci ilin yayından “Barsa”da çıxış edir. O, bu mövsüm 9 oyunda 4 qol vurub.

Bənzər xəbərlər