“Barselona” Keyni transfer etməyə çalışır
“Barselona” “Bavariya”nın hücumçusu Harri Keyni Münhen klubu ilə müqavilə danışıqlarında fasilə yarandığı bir vaxtda transfer etmək niyyətindədir.
Msport.az xəbər verir ki, Keynin alman klubu ilə danışıqlarındakı əsas məsələ onun yeni müqaviləsinin müddətidir.
Kataloniyalılar bundan yararlanmağa çalışıblar və oyunçu ilə bağlı sorğu aparıblar, lakin “Bavariya” ingilis futbolçu ilə ayrılmaqda maraqlı deyil.
Keyn 2023-cü ilin yayından bəri Münhen klubundadır. Onun hazırkı müqaviləsi 2027-ci ildə başa çatır.
Ötən mövsüm Harri Keyn alman klubunda bütün yarışlarda 51 oyun keçirib, 61 qol vurub və yeddi məhsuldar ötürmə edib.







