featured-image-81633

“Barselona” hücum xəttini gücləndirmək üçün “İnter”in kapitanı Lautaro Martinesə əsas namizədlərdən biri kimi baxır.

Msport.az xəbər verir ki, 28 yaşlı argentinalının transferi klub daxilində yekdil şəkildə dəstəklənir.

İnsayder Jerar Romero isə Lautaronun “Barselona”ya keçməyə açıq olduğunu bildirib.

Bununla belə, transferin reallaşması asan görünmür. “İnter” Lautaro Martinesi satmaq istəmir. Viktor Navarro və Jerar Romeronun məlumatına görə, “Barselona”nın idman direktoru Deku buna baxmayaraq, keçidin baş tutması üçün israr edəcək.

Bir neçə gün əvvəl Madriddə Lautaronun nümayəndəsi ilə keçirilən görüşün də mümkün transfer üçün ilkin zəminin yaradılmasına xidmət etdiyi bildirilir.

Kataloniya təmsilçisi daha əvvəl “Atletiko”nun argentinalı hücumçusu Xulian Alvareslə maraqlanırdı. Madrid klubunun oyunçunu satmaq istəməməsi səbəbindən “Barselona” alternativ variantlara yönəlib və Lautaro bu siyahıda ön plana çıxıb.

Bununla yanaşı, “Arsenal”ın isveçli hücumçusu Viktor Gyökeresin də xidmətlərinin “Barselona”ya təklif olunduğu bildirilir.

Bənzər xəbərlər