featured-image-3043

“Barselona”nın müdafiəçisi Kleman Lanqle yayda komandasını dəyişməyə hazırlaşır.

Msport.az xəbər verir ki, fransalı futbolçu karyerasını yenə də İspaniyada davam etdirə bilər.

“Sevilya” 26 yaşlı mərkəz müdafiəçisi ilə mövsümün sonunda müqavilə bağlamaq niyyətindədir. Lanqle bir neçə Premyer Liqa klubunun diqqət mərkəzində olsa da, o, İspaniyada qalmağa üstünlük verir.

Qeyd edək ki, Kleman Lanqlenin “Barselona” ilə müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.

Bənzər xəbərlər