“Barselona”nın futbolçusu ağır zədə aldı
“Barselona”nın futbolçusu Runi Bardji ağır zədə alıb.
Msport.az xəbər verir ki, 20 yaşlı vingerin ön çarpaz bağı qırılıb.
Yaxın günlərdə onun əməliyyat olunması gözlənilir.
Qeyd edək ki, 2024-cü ilin mayında Bardjinin sağ dizindədə çarpaz bağı zədələnmişdi. O, həmin vaxt “Kopenhagen”in heyətində çıxış edirdi.
Gənc futbolçu Kataloniya klubuna 2025-ci ilin yayında keçib. Bu müddət ərzində o, 28 oyunda 2 ool vurub və 4 məhsuldar ötürmə verib.
İsveç millisinin üzvünün müqaviləsi 2029-cu ilin yayına qədərdir.







