“Barselona”nın futbolçusu millinin tarixinə düşdü
“Barselona”nın yarımmüdafiəçisi Qavi İspaniya millisinin tarixinə düşüb.
Msport.az xəbər verir ki, o, buna UEFA Millətlər Liqasında Çexiyaya qarşı keçirdikləri oyunda (2:2) nail olub.
45+3-cü dəqiqədə komandasının ilk qoluna imza atan Qavi yığmada bunu ən gənc yaşda bacaran oyunçuya çevrilib. Yarımmüdafiəçi 17 yaş 304-cü günündə buna müvəffəq olub. O, 2020-ci ilin sentyabrında Millətlər Liqası matçında Ukraynaya 17 yaş 311-ci günündə qol vuran Ansu Fatinin rekordunu təzələyib.
Qavi 2021-ci ildə İspaniya millisində debüt edib.