featured-image-78432

“Barselona” müdafiə xəttini İngiltərə Premyer Liqasında çıxış edən ulduz futbolçu ilə gücləndirməyi planlaşdırır.

Msport.az xəbər verir ki, Kataloniya təmsilçisi “Tottenhem”in argentinalı mərkəz müdafiəçisi Kristian Romeroya maraq göstərir.

Klubu müdafiəçi üçün 60 milyon avro təzminat tələb etsə də, katalonların rəhbərliyi isə oyunçu üçün bu qədər yüksək məbləğ ödəməyi planlaşdırmır.

Qeyd edək ki, cari mövsümdə Romero londonluların heyətində ümumilikdə 32 matçda meydana çıxaraq 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.

Bənzər xəbərlər