featured-image-83530

“Barselona”nın start heyətinin ümumi bazar dəyəri 1 milyard avroya yaxınlaşıb.

Msport.az xəbər verir ki, Kataloniya klubunun 11-liyi 960 milyon avro qiymətləndirilir.

Bu, ötən mövsümün sonundakı göstəricidən təxminən 100 milyon avro çoxdur. Heyətin dəyəri iki ayda 11 faiz artıb. Buna futbolçuların dünya çempionatındakı çıxışı və mövsümün uğurlu başlanğıcı təsir edib: “Barselona” keçirdiyi 9 rəsmi oyunun hamısında qalib gəlib.

Siyahıya Lamin Yamal başçılıq edir. Onun dəyəri 200 milyon avrodan 220 milyon avroya yüksəlib. Pedri 150 milyon avro, Fermin Lopes 110 milyon avro, Pau Kubarsi isə 100 milyon avro qiymətləndirilir.

11-liyin gənc qrupunu hələ 20 yaşı tamam olmayan “La Masiya” yetirmələri Lamin Yamal, Pau Kubarsi və Xavi Espart təşkil edir. Joan Qarsia, Jül Kunde, Erik Qarsia, Pedri, Fermin Lopes və Entoni Qordonun yaşı 23-27 arasındadır. Heyətin ən təcrübəli üzvləri 30 yaşlı Rodri və 29 yaşlı Rafinyadır.

Bənzər xəbərlər