“Barselona” “Real”a rəqib oldu
“Barselona” “Mançester Siti”nin yarımmüdafiəçisi Rodrini heyətinə cəlb etməyə can atır.
Msport.az xəbər verir ki, artıq qarşı tərəflə danışıqlar başlayıb.
Konkret yarımmüdafiəçinin agentləri ilə potensial transfer şərtləri ilə bağlı danışıqlar aparılıb. Rodrinin də “Barselona”nın oyun tərzi və paltardəyişmə otağında rahat adaptasiya olması səbəbindən Kataloniya nəhənginə keçməyə isti yanaşdığı bildirilir. O, burada DÇ-2026-nı qazandığı İspaniya millisindən olan komanda yoldaşları ilə oynamaq istəyir.
“Real” yarımmüdafiəçi ilə xeyli vaxtdır maraqlanır. Paytaxt klubu 30 yaşlı ispan oyunçuya təxminən 60 milyon avro təklif edir.
Qeyd edək ki, Rodri 2025/2026-cı illər mövsümündə “Mançester Siti”nin heyətində ümumilikdə 33 matça çıxıb və 2 qol ilə yadda qalıb. O, son dünya çempionatının qalibi olmaqla yanaşı, mundialın ən yaxşı oyunçusu seçilib.







