“Barselona” Rodri üçün 60 milyon təklif edib
“Barselona” “Mançester Siti”yə yarımmüdafiəçi Rodrinin transferi üçün təxminən 60 milyon avro təklif edib.
Msport.az xəbər verir ki, Kataloniya təmsilçisi bonuslar nəzərə alınmaqla 30 yaşlı futbolçu üçün yeni təklif irəli sürüb.
“Mançester Siti” isə ispaniyalı oyunçunun dəyərini 80 milyon avro qiymətləndirir. İngiltərə klubu daha əvvəl “Barselona”nın 45 milyon avroluq təklifini rədd edib.
Qeyd edək ki, Rodri 2025/2026 mövsümündə İngiltərə Premyer Liqasında keçirdiyi 21 oyunda 1 qol vurub. O, UEFA Çempionlar Liqasında isə 5 matçda meydanda olub.







