“Barselona” Torresi satmağa razıdır
“Barselona”nın hücumçusu Ferran Torres yalnız öz istəyi ilə satıla bilər.
Msport.az xəbər verir ki, Kataloniya təmsilçisi 26 yaşlı futbolçu ilə əməkdaşlığı davam etdirmək və sentyabrda onun müqaviləsini uzatmaq istəyir.
“Barselona” Torresi yalnız futbolçunun özü komandadan ayrılmaq istədiyi halda satmağa razı olacaq. Yeni müqavilənin yay transfer pəncərəsi bağlandıqdan sonra imzalanması planlaşdırılır. Buna səbəb maliyyə feyr-pley qaydalarına riayət etmək istəyidir.
Bununla yanaşı, “Barselona” hücumçunun transferi ilə bağlı “Mançester Siti”yə 8 milyon avro ödəməlidir.
Daha əvvəl PSJ-nin 2026-cı il dünya çempionu ilə maraqlandığı bildirilirdi. Hücumçunun da “Barselona”dan ayrılmağa hazır olduğu qeyd olunurdu.
Torres ötən mövsüm bütün turnirlərdə 49 matçda iştirak edib, 21 qol vurub və üç məhsuldar ötürmə verib. Futbolçunun “Barselona” ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.







