“Barselona” transfer hədəfini dəyişdi
“Barselona” hücum xəttini gücləndirmək üçün yeni hədəfini müəyyənləşdirib.
Msport.az xəbər verir ki, “Çelsi”nin Joao Pedronu satmaqdan imtina etməsindən sonra kataloniyalılar PSJ-nin portuqaliyalı forvardı Qonsalo Ramuşu transfer siyahısına daxil ediblər.
Fransa klubu isə ehtiyat oyunçu statusundan məyus olan 24 yaşlı futbolçusunu göndərməyə hazırdır. Cari mövsümdə PSJ-nin heyətində bütün turnirlərdə 41 matçda iştirak edən Ramuş rəqib qapılarından 12 top keçirib və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, futbolçunun Paris klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.







