featured-image-4505

Frank Kessye İtaliyanın “Milan” klubundan ayrılıb.

Msport.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib və hər kəsə təşəkkür edib.

Kessyenin “Milan”la müqaviləsinin müddəti iyunun 30-na qədərdir. Fil Dişi Sahili yığmasının üzvü azad agent kimi İspaniyanın “Barselona” klubuna keçməyə hazırlaşır.

Kessye 2017-ci ilin yayından “Milan”da çıxış edirdi. O, bu komandanın heyətində keçirdiyi 5 mövsümdə 222 oyuna çıxıb, 38 qol vurub.

Bənzər xəbərlər