“Barselona” yayda kimləri transfer edəcək?
“Barselona” növbəti “transfer “pəncərəsi”ndə azad agent olan futbolçuları heyətinə qatmağa çalışacaq.
Msport.az “Sport.es”ə istinadən xəbər verir ki, Kataloniya klubu yayda Yuri Tilemans (Lester), Nabi Keyta (Liverpul), İlkay Gündoğanla (Mançester Siti) müqavilə bağlamaq niyyətindədir.
“Barselona” daha çox yarımmüdafiə xəttinə yeni oyunçular cəlb etmək istəyir.
Xavinin komandasının İlkayla maraqlandığına dair məlumatlar bir müddət əvvəldən yayılmışdı. Tilemans və Keytanın adı isə ilk dəfə “Barsa” ilə yanaşı hallanır.