featured-image-5867

“Barselona”nın klubun qurucusu Joan Qamperin xatirəsinə keçirdiyi Qamber kubokunda buillki rəqibi müəyyənləşib.

Msport.az xəbər verir ki, Kataloniya təmsilçisi İtaliyanın “Roma” klubu ilə qarşılaşacaq.

Görüş avqustun 6-da “Kamp Nou”da keçiriləcək. Qarşılaşmanın yerli vaxtla saat 21:00-da başlayacağı diqqətə çatdırılıb.

Oxşar görüşün eyni gündə bu iki klubun qadın komandaları arasında da keçiriləcəyi bildirilib. Bu oyuna isə 17:30-da start veriləcək.

Xatırladaq ki, “Roma” daha əvvəl 2015-ci ildə Qamper Kubokunda iştirak etmişdi. “Canavarlar” həmin vaxt “Barselona”ya 0:3 hesabı ilə uduzmuşdular.

Bənzər xəbərlər