featured-image-81375

Fransa milli komandasının qapıçılar üzrə məşqçisi postuna Fabyen Bartez təyin olunub.

Msport.az xəbər verir ki, mütəxəssis baş məşqçi Zinəddin Zidanın rəhbərlik etdiyi məşqçilər korpusunda yer alacaq.

Zidanın məşqçilər heyətinə həmçinin David Bettoni, Hamidu Msaidi, Qreqori Düpon, Stefan Plank, Farid Tabet və Kleman İber daxil olublar.

Qeyd edək ki, 55 yaşlı Fabyen Bartez dünya və Avropa çempionu, “Marsel”in heyətində UEFA Çempionlar Liqasının qalibi, “Mançester Yunayted”lə 2 dəfə İngiltərə, “Monako” ilə 2 dəfə Fransa çempionudur. O, oyunçu karyerasını 2007-ci ildə başa vurub və həmin vaxtdan məşqçilik təcrübəsi olmayıb.

Bənzər xəbərlər