Bastoni “İnter”dən ayrıla bilər
“İnter”in müdafiəçisi Alessandro Bastoni yay transfer pəncərəsində komandadan ayrıla bilər.
Msport.az xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu italyan futbolçunu transfer etməkdə maraqlıdır.
Müdafiəçini “İnter”də çalışdıran Səudiyyə Ərəbistanı klubunun Simone İnzagi Bastonini komandasında görmək istəyir. Hələlik rəsmi təklif verilməyib.
“Əl-Hilal” həmçinin heyətində yer boşaltmaq və italyan futbolçunu qarşıdakı mövsüm üçün heyətə daxil etmək üçün əcnəbi oyunçu ilə ayrılmalıdır. Daha əvvəl “Barselona”nın Bastoni ilə maraqlandığı bildirilirdi.







