featured-image-77828

“Bavariya” Çempionlar Liqasının yarımfinal mərhələsinin PSJ ilə (1:1) cavab görüşündəki hakim idarəçiliyindən narazı qalıb.

Msport.az xəbər verir ki, Almaniya nəhənginin rəsmiləri hakimlərin nəticəyə təsir edən qərarlar verdiyini düşünür.

Buna görə də, “Bavariya” yaxın günlərdə UEFA-ya rəsmi şəkildə şikayət ünvanlamağı planlaşdırır. Klub rəsmiləri Münhendəki görüşdə hakim qərarları ilə bağlı ciddi narahatlıqlarını UEFA-ya şifahi bildiriblər.

Qeyd edək ki, matçın gedişində baş hakim Joao Pineyronun verdiyi qərarlar “Bavariya” tərəfinin narazılığı ilə qarşılanmışdı.

Bənzər xəbərlər