featured-image-38832

UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda Almaniyada keçiriləcək “Bayer 04” – “Qarabağ” oyununun hakimləri açıqlanıb.

Msport.az xəbər verir ki, görüşdə rumıniyalı ədalət təmsilçiləri iş başında olacaq.

Əsas hakim Horatiu Feşniçə Valentin Avram və Alexandru Cerei kömək edəcək.

Dördüncü hakim funksiyasını Szabolcs Kovacs yerinə yetirəcək. VAR-da portuqaliyalı Tiaqu Martins və italiyalı Paolo Valeri yer alacaq.

Qeyd edək ki, oktyabrın 26-da baş tutacaq “Bayer 04” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Bənzər xəbərlər