featured-image-4405

Çexiya millisinin üzvü Patrik Şik “Bayer Leverkuzen”lə müqavilə müddətini artırıb.

Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı futbolçunun yeni anlaşması 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Əvvəlki müqavilə 2024-2025-ci illər mövsümünün sonuna qədər idi.

Hücumçu yeni müqavilə bağlaması ilə bağlı fikirlərini bildirib: “Özümü burda əla hiss edirəm. Amma ən önəmlisi bizim komanda gələcəyə ümidlidir. Bu uşaqlarla çox şəndir və biz həqiqətən hansısa irəliləyişə nail olmaq istəyirik. Çempionlar Liqasının təsnifat mərhələsi – növbəti addım olacaq. “Bayer”lə çox şeyə nail olmaq mümkündür, ona görə də mən müqaviləmi uzatdım”.

Şik son mövsümdə Leverkuzen klubunun heyətində bütün turnirlərdə 31 oyunda 24 qol vurub və 5 məhsuldar ötürmə verib.

 

 

Bənzər xəbərlər