“Bayer” “Liverpul”u qabaqladı
Almaniya futbolunun ən perspektivli gənclərindən sayılan Kennet Ayxhornun yeni klubu müəyyənləşib.
Msport.az xəbər verir ki, “Herta Berlin” klubunun 16 yaşlı vunderkindi karyerasını Bundesliqa nəhənglərindən olan “Bayer”də davam etdirəcək.
O, Leverkuzen klubu ilə uzunmüddətli müqavilə imzalayıb. Eyxhorn yeni komandasında 18 nömrəli formanı geyinəcək. “Liverpul” başda olmaqla, Avropanın bir çox klubunun radarında olan istedadlı futbolçunun müqaviləsindəki sərbəstqalma məbləğinin təxminən 10-12 milyon avro civarında olduğu bildirilir.
Gənc yarımmüdafiəçi ötən mövsüm 2-ci Bundesliqada “Herta”nın əsas komandasında 19 rəsmi oyunda iştirak edib və 2 qol vurub.







