featured-image-38635

UEFA Avropa Liqasında “Qarabağ”ın rəqibi olan Almaniya “Bayer”i bu mövsüm avrokuboklarda azarkeş baxımından əziyyət çəkir.

Msport.az xəbər verir ki, Leverkuzen təmsilçisi baxımlı futbol sərgiləməsinə baxmayaraq, beynəlxalq matçlar zamanı “Bay Arena” tam olaraq dolmur.

Hətta komandanın Bundesliqada keçirdiyi görüşlərə daha çox maraq olur.

“Qarabağ”la qarşıdakı qrup oyununu nəzərə alan klub rəhbərliyi bilet qiymətlərində endirim edib. Belə ki, F4 sektoru üçün biletlər cəmi 10 avroya satılacaq. Üstəlik, oyun zamanı fanatlara pulsuz içkilər təqdim olunacaq.

Qeyd edək ki, oktyabrın 26-da keçiriləcək “Bayer” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bənzər xəbərlər