"Bayern" avstriyalı futbolçu ilə yeni müqavilə bağladı - RƏSMİ
“Bayern” Avstriya millisinin yarımmüdafiəçisi Konrad Laymerlə müqavilənin müddətini uzadıb.
Msport.az xəbər verir ki, yeni anlaşma 2029-cu ilin iyununa qədər nəzərdə tutulub.
Laymer 2023-cü ildən Münhen klubunda çıxış edir. O, ötən mövsüm 47 oyunda 3 qol vurub və 13 məhsuldar ötürmə verib.







