“Bayern” Braziliyaya qol vuran futbolçunu transfer edir
Mərakeş millisinin heyətində dünya çempionatında Brazilyanın qapısına yol tapan İsmael Saybari “Bayern”ə transfer olunacaq.
Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano paylaşım edib.
Münhen klubu 25 yaşlı futbolçunun keçidi üçün PSV-yə 55 milyon avro ödəyəcək.
Saybari Mərakeş millisinin düşərgəsində olduğu ABŞ-da tibbi müayinədən keçəcək və sonra müqaviləyə imza atacaq.
PSV-nin yetirməsi olan Saybari 20203-ci ildən əsas komandada oynayır. O, ötən mövsüm Niderland çempionatında 21 oyunda 12 qol vurub və 5 məhsuldar ötürmə verib.
Qeyd edək ki, Braziliya – Mərakeş matçında (1:1) komandasının yeganə qolunu məhz Saybari vurmuşdu.







