“Bayern”dən yeni transfer
“Bayern” Niderland “Ayaks”ından ayrılan Nussair Mazrauini heyətinə cəlb edib.
Msport.az xəbər verir ki, bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb.
25 yaşlı müdafiəçi ilə 2026-cı ilədək müqavilə imzalanıb. Mərakeşli futbolçu “Bayern”ə azad agent kimi keçib.
“Ayaks”ın yetirməsi olan Mazraui 2018-ci ildən əsas komandanın formasını geyinirdi.