"Bayern"in gənc oyunçusu "Brügge"yə keçdi - RƏSMİ
“Bayern”in 17 yaşlı yarımmüdafiəçisi Uisdom Mayk “Brügge”yə keçib.
Msport.az xəbər verir ki, bu barədə Münhen klubunun rəsmi saytı məlumat yayıb.
Vinger “Bayern”ə 2022-ci ilin yayında Münhenqladbax “Borussiya”sından gəlmişdi. O, ötən mövsüm Almaniya Bundesliqasında 4, Çempionlar Liqasında isə 1 oyun keçirib.







