featured-image-7765

“Bayern Münhen”in müdafiəçisi Omar Riçards “Nottinqem Forest”ə keçib. Msport.az İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.

İnsayder Fabritsio Romanonun yazdığına görə, transfer “Nottinqem”ə 10 milyon avroya başa gəlib. Futbolçunun gələcək satışından 15 faiz də Münhen klubuna gəlir çatacaq.

Riçards Bundesliqada bir mövsüm keçirib və 12 matçda meydana çıxıb. Riçards əvvəllər İngiltərədə “Ridinq”də oynayıb.

Bənzər xəbərlər