featured-image-77898

“Bayern” “Yuventus”un hücumçusu Duşan Vlahoviçi transfer etmək istəyir.

Msport.az xəbər veirr ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.

Serbiyalı futbolçunun Turin klubu ilə müqaviləsi bu yay başa çatır. Mənbənin sözlərinə görə, danışıqlar mayın son həftəsində baş tutacaq.

Münhen klubu Vlahoviçə iki illik müqavilə – 2028-ci ilin yayına kimi – təklif etmək niyyətindədir. Ona 6 milyon avro maaş verilməsi gözlənilir.

26 yaşlı forvard “Yuve”yə 2022-ci ilin yanvarında “Fiorentina”dan keçib.

O, bu mövsüm İtaliya A seriyasında 17 oyunda 5 qol vurub və 1 məhsuldar ötürmə verib.

Bənzər xəbərlər