featured-image-78810

Belarusun BATE klubu UEFA Konfrans Liqasında ev oyunlarını Azərbaycanda keçirəcək.

Msport.az xəbər verir ki, bu barədə Belarusun football.by saytı məlumat yayıb.

Borisov təmsilçisi Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunu sifariş edib. BATE Konfrans Liqasındakı rəqiblərini bu stadionda qəbul edəcək.

Qeyd edək ki, BATE Konfrans Liqasına 1-ci təsnifat mərhələsindən başlayacaq. Bu mərhələnin püşkatma mərasimi iyunun 16-da keçiriləcək. Oyunlar isə iyulun 9-u və 16-da baş tutacaq.

Qeyd edək ki, Ukraynadakı müharibə ilə əlaqədar UEFA Beıarus komandalarını doğma meydanda keçirmək qadağası qoyub.

Xatırladaq ki, 2024-2025-ci illər mövsümündə Belarusun digər təmsilçisi “Dinamo Minsk” də ev oyunlarını Sumqayıtda keçirmişdi.

Bənzər xəbərlər