featured-image-81639

Belarus yığması Millətlər Liqasında ev oyunlarını ölkəmizdə keçirə bilərmiş.

Msport.az xəbər verir ki, bu barədə baş məşqçi Viktor Qonçarenko məlumat verib.

Onun sözlərinə görə, mümkün variantlar arasında Azərbaycan da olub:

“Nəzəri olaraq biz Azərbaycan, Qazaxıstan, Ermənistan və ya Gürcüstana üz tuta bilərdik. Lakin Macarıstan variantı əvvəldən prioritet olaraq qalırdı. İlk növbədə viza dəstəyi və logistika səbəbindən. Bir şeyi başa düşmək lazımdır  ki, hazırda Avropaya bizim üçün istənilən uçuş mürəkkəb məsələdir”.

Qeyd edək ki, Belarus seçməsi  Millətlər Liqasında ev oyunlarını Macarıstanda keçirəcək.

Bənzər xəbərlər