featured-image-39759

AVRO-2024-ün seçmə mərhələsində keçiriləcək Belçika – Azərbaycan oyununu idarə edəcək hakimlərin adları açıqlanıb.

Msport.az xəbər verir ki, görüşün baş hakimi macarıstanlı Gerqo Boqar olacaq.

Ona həmyerliləri Teodoros Georgiu və Balaş Salai kömək edəcəklər. Dördüncü hakim funksiyasını Ferents Karako yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 19-da Brüsseldə, “King Baudouin Stadium”da reallaşacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Bənzər xəbərlər