featured-image-1518

Belçika kubokunda final oyunu keçirilib.

Msport.az xəbər verir ki, həlledici görüşdə”Gent”lə “Anderlext” üz-üzə gəlib.

Brüsseldəki “Rua Baudouin” stadionunda keçirilən matçın əsas və əlavə vaxtında hesab açılmadığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan “Gent” 4:3 hesabı ilə qalib gələrək kubokun sahibi olub.

Beləliklə, “Gent” tarixində 4-cü dəfə  ölkə kubokunu qazanıb.

Bənzər xəbərlər