Belçikada qalmaqal - Oyun yarımçıq dayandırıldı
Belçika çempionatının XXXIV turunda keçirilən “Yunion” – “Beersxot” oyunu yarımçıq dayandırılıb.
Msport.az xəbər verir ki, buna qonaq komandanın bir neçə azarkeşinin meydana girməsi səbəb olub.
Fanatlar 84-cü dəqiqədə meydana daxil olublar. Polis hadisəyə müdaxilə etsə də, görüşün baş hakimi futbolçuların təhlükəsizliyinin təmin olunmadığını əsas gətirərək oyunun dayandırılmasına qərar verib.
Həmin vaxt matçda hesab açılmayıb. Qarşılaşma ilə bağlı qərarı yerli federasiya verəcək.
Qeyd edək ki, “Yunion” 33 oyundan sonra 74 xalla turnir cədvəlinə başçılıq edir. Komanda əsas rəqibi “Brügge”ni iki xal qabaqlayır. 16 xalla sonuncu sırada olan “Beersxot” isə aşağı liqaya düşüb.