featured-image-2232

“Real”ın hücumçusu Kərim Benzema Çempionlar Liqasının yarımfinalında “Mançester Siti”yə qarşı ilk oyunlarına (3:4) münasibət bildirib. Msport.az xəbər verir fransalı hücumçu İngiltərədəki matçda iki qol vurub:

“Bu, möhtəşəm komanda ilə əla yarımfinal oyunu idi. “Mançester Siti” görüşə daha yaxşı başladı. Ancaq biz təslim olmadıq və birinci hissənin sonlarında müəyyən vəziyyətlər yaratdıq.

Belə böyük komandalarla oyunda fırtınadan çıxmağı bacarmalısan. Biz də belə etdik və nəticədə, 3 qol vura bildik”.

“Real”la “Mançester Siti” arasında cavab oyunu mayın 4-də “Santyaqo Bernabeu”da keçiriləcək.

Bənzər xəbərlər