Bellinqem Runinin rekordunu qırdı
İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellinqem yığmanın tarixində yeni rekord müəyyənləşdirib.
Msport.az xəbər verir ki, 22 yaşlı futbolçu DÇ-2026-nın qrup mərhələsinin 2-ci turunda Qana ilə keçirilən oyunda (0:0) start heyətində meydana çıxıb.
O, İngiltərə millisində 50-ci matçını keçirib. Beləliklə, Bellinqem yığma tarixində 50 oyun həddinəçatan ən gənc futbolçu olub – 22 yaş 359 gün. O, Ueyn Runiyə məxsus olan rekordu yeniləyib. Runi 23 yaş 159 günlüyündə İngiltərə millisində 50 oyun həddinə çatmışdı.
Qeyd edək ki, İngiltərə yığması növbəti görüşünü iyunun 27-də Panama millisinə qarşı keçirəcək.







