featured-image-7066

İtaliya millisinin hücumçusu Andrea Belotti “Torino” klubunu tərk edib. Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı forvardın müqaviləsi başa çatıb və o, yeni anlaşmaya imza atmayıb.

“Transfermarkt”da futbolçunun dəyəri 20 milyon avro göstərilib.

Belotti “Torino”ya 2015-ci ilin yayında “Palermo”dan keçmişdi. Hücumçu Turin klubunda 251 oyunda 113 qol vurub.

Andrea ötən il İtaliya yığmasının heyətində Avdropa çempionu olub. O, millidə 44 matçda 12 dəfə fərqlənib.

“Monako”, “Milan” və “Fiorentina” Belottini azad agent kimi heyətə cəlb etmək istəyirlər. Qeyd edək ki, “Monako” və “Milan” yeni mövsümdə Çempionlar Liqasında çıxış edəcəklər.

 

Bənzər xəbərlər